Prezident: Mahir Ələsgər oğlu Məmmədov
Ünvan: Bakı şəhəri, Gövhər Səfərəliyev 12
Telefon: ( +99412) 493-90-84, (012) 493-38-41
E-mail: azerbaijanchess@yahoo.com
İnternet sayt: www.azerichess.az

Azərbaycan Şahmat Federasiyası

Şahmat Federasiyasının fəaliyyət istiqaməti

Federasiya məqsədlərinə nail olmaq üçün öz fəaliyyətini aşağıdaı istiqamətlərə yönəldir:

Federasiya idmanı təbliğ edir və onu inkişaf etdirir, bu məqsədlə kütləvi informasiya vasitələrindən istifadə etməklə ictimai tədbirlər keçirir, o cümlədən bu sahədə

Proqramlar işləyib hazırlayır, təlim toplantılar təşkil edir;

Azərbaycan respublikası daxilində şahmat üzrə yerli və ya beynəlxalq turnirlər və çempionatlar keçirir;

Şahmat idman növü üzrə klubların açılmasına köməklik edir;

Beynəlxalq təşkilatlar və xarici ölkələrin milli federasiyaları ilə əlaqələrini və  əməkdaşlığını möhkəmləndirir və inkişaf etdirir;

İdmançıların, məşqçilərin və hakimlərin hüquq və maraqlarının müdafiəsini təmin edir;

Hər il üçün yığma komandaların və məşqçilərin heyətini müəyyənləşdirir;