Azərbaycan Atletika Federasiyası
Fəaliyyət növü:
Azərbaycan Atletika Federasiyası atletika idmanını təbliğ edir və onun inkişafına şərait yaradır, bu məqsədlə kütləvi yarışlar yürüşlər keçirir, onların birbaşa efirə verilməsini və digər kütləvi informasiya vasitələrində atletikanın təbliğini təşkil edir;
Məktəblilərin, çağırış yaşlı gənclərin silsilə yarışlarını təşkil edir və keçirir;
Atletikanı inkişaf etdirən klub, cəmiyyət, idman birliklərinin işini əlaqələndirir, bu təşkilatlarda atletika növlərinin inkişaf səviyyəsini müəyyənləşdirmək üçün müxtəlif kubok yarışları təşkil edir;
Ayrı-ayrı hazırlıq qrupları üzrə yığma komandaların təbrikini müəyyənləşdirir, bu komandalarda ayrı-ayrı növ qrupları üzrə təlim-məşq proqramları hazırlayır, yığma komandaya cəlb edilmiş idmançıların müstəqil monitorinqini keçirir;
Atletika üzrə rayon, şəhər, zona, respublika birincilikləri, çempionatlarını təşkil edir və keçirir;
Olimpiya Oyunları, BAFA və AAA rəsmi yarışlarında Azərbaycanı təmsil etmək üçün komandalar hazırlayır, təlim-məşq toplantıları keçirir;
Yığma komanda üzvlərinin reytinq cədvəlini hazırlayır;
Azərbaycan Respublikası ərazisində atletika növləri üzrə beynəlxalq yarışların keçirilməsi istiqamətində iş aparır;
Müxtəlif hazırlıq qrupları ilə işlərin məşqçilərin, eləcə də hakimlərin peşə hazırlığını artırmaq üçün onları seminarlara göndərir;
BAFA və AAA qayda və reqlamentlərini öz fəaliyyətlərində tətbiq edir, onlara əsaslanır;
Atletikanın inkişafı üçün proqramlar işləyib hazırlayır və həyata keçirir;
İdman mövsümünün nailiyyətlərinə görə hər il həvəsləndirici müsabiqələr keçirir, qalib və mükafatçıları təbliğ edir;
Atletika idmanının inkişafında xidmətləri olan şəxslərin mükafatlandırılması və fəxri adların verilməsi üçün vəsadət qaldırır;
Atletika üzrə pullu xidmət göstərən qurumları təsis edir;
Müxtəlif idman avadanlıqları və ləvazimatlarının istehsalı sahələrini yaradır;
Qanunvericiliyə müvafiq olaraq ticarət, iaşə, xarici ticarət, iqtisadi, idman avadanlıqları qura, birgə müəssisələr yarada, beynəlxalq idman təşkilatlarına üzv ola, birbaşa əlaqə yarada, beynəlxalq təşkilatların tədbirlərində iştirak edə bilər;
Beynəlxalq təşkilatlar, federasiyalarla əlaqələr qurur, əməkdaşlıq edir, BAFA, AAA və digər beynəlxalq qurumların keçirdiyi seminar, müşavirə, təlim-məşq toplanışları və digər tədbirlərdə AAF-ın təmsilçilərinin iştirakını təmin edir;
Azərbaycan respublikası ərazisində atletikanı inkişaf etdirən bütün təşkilatların fəaliyyətini koordinasiya edir;
Uzun illər Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən, dünya, Avropa çempionatlarında, beynəlxalq turnirlərdə çıxış edən idmançılara müavinət və təqaüdlər təyin edir.
RƏHBƏRLİK
Prezident: Cavid Qurbanov
Vitse-prezident: Müşfiq Tukanov
Vitse-prezident: Könül Nurullayeva
Baş katib: Məhərrəm Sultanzadə