Azərbaycan Kikboksinq Federasiyası
Federasiyanın vəzifələri: Əhalinin geniş təbəqələrini sağlam həyat tərzinə yönləndirmək, gənclər arasında vətənpərvərlik ruhunu aşılamaq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyə hazırlanmasına və həmçinin narkomaniya və uşaq cinayətkarlığı ilə mübarizəyə yönəldilmiş kikboksinqin inkişafı sahəsində əməkdaşlığın və birgə fəaliyyətin təşkil edilməsidir.
Federasiyanın tarixi: Azərbaycan Kikboksinq Federasiyası 1993-cü ildə yaradılıb. İlkin olaraq bu təşkilatın adı AKMF — Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası (AKMF) idi. Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy (1993–2000-ci illərdə AKMF-ın Prezidenti) tərəfindən yaranıb. 2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev seçilib, hal-hazırda Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidentidir. 12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub və hal-hazırda respublikamızda kikboksinqin inkişafını Azərbaycan Kikboksinq Federasiyası davam etdirir.
Azərbaycan Kikboksinq Federasiyası 1995-ci ildən WAKO-nun (World Association of Kickboxing Organization) rəsmi üzvüdür.
RƏHBƏRLİK
AKF-in prezidenti: Orxan Əliyev
AKF-in l Vitse prezidenti: - Rəmal Aslanov
Baş Katib - İlkin Məsimzadə