Prezident: İnam İmdad oğlu Kərimov
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84. AZ 1000
Telefon: 012 498 61 75
E-mail: office@aaaf.az
İnternet sayt: http://aaaf.az

Azərbaycan Ağır Atletika Federasiyası

 

AAAF-ın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

Ağır atletika idman növünün ölkədə inkişaf etdirilməsi.

Əhalinin sağlamlığının möhkəmləndirilməsi, bədən tərbiyəsi və hərtərəfli harmonik inkişaf təsirinin gücləndirilməsi.

Yüksək səviyyəli idmançıların hazırlığı sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması.

Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi.

Xarici ölkələrin Milli Federasiyaları, Beynəlxalq Ağır Atletika Federasiyası və başqa beynəlxalq idman təşkilatları ilə əlaqələrin inkişafı və möhkəmləndirilməsi.

Ağır atletika üzrə idmançıların, məşqçilərin və digər mütəxəssislərin hüquqlarının və maraqlarının müdafiəsi, ağır atletika veteranlarına qayğı göstərilməsi.

Ağır atletika idmanında qadağan olunmuş dopinqlərin, anaboliklərin və başqa dərman preparatlarının qəbulun yolverilməzliyi haqqında geniş təşkilatı işlərin aparılması, antiidman halları ilə mübarizə, əxlaqi-etik qaydalara əməl edilməsi.

Ağır atletika idmanının maddi-texniki bazasının saxlanması, genişləndirilməsi və yaxşılaşdırılması.

Şəhər və rayonlarda fəaliyyət göstərən ağır atletika bölmələrinə köməklik göstərilməsi.

Ölkə əhalisi arasında ağır atletika idman növünün kütləviləşdirilməsi və geniş təbliğ edilməsi.

Bədən tərbiyəsi və idman vasitəsi ilə əhaliyə xidmət göstərilməsi.