Prezident: Şahin Arif oğlu Mövsümov
Ünvan: Bakı şəh., Nərimanov r-nu, Ələsgər Qaibov küçəsi, ev. 11B, AZ 1029
Telefon: (+994 50) 715 88 88
E-mail: azearchery@hotmail.com
İnternet sayt:

Azərbaycan Kamandan Oxatma Federasiyası

2008-2022-ci illər ərzində Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyası tərəfindən görülmüş işlər barədə məlumat


Kamandan oxatma ilk dəfə 1904-cü il Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1931-ci ildə isə kamandan oxatma idman növünün Beynəlxalq Federasiyası yaradılıb. Beləliklə 1972-ci ildən etibarən hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirilir. Kamandan oxatma idman növü üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. 

1993-cü ildə isə bir sıra idman təşkilatlarının nümayəndələri, oxatma üzrə mütəxəssis və veteranları tərəfindən Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyası (ARKOF) təsis edilib. Azərbaycan Respublikasının və onun olimpiya hərəkatının dünya miqyasında tanınması Kamandan Oxatma Federasiyasının (ARKOF) yaradılmasına, dövlət qeydiyyatına alınmasına və müvafiq beynəlxalq (FİTA və EMAU-ya) bərabər hüquqlu üzv qəbul edilməsinə imkan yaradıb.
Yarışlar örtülü salonda 18 metr, açıq havada idə 70 metr məsafədə keçirilir.

· 2008-ci ildən Kamandan oxatma idman növünü daha da yüksək səviyəyə çatdırmaq üçün federasiyaya yeni rəhbər təyin olunub.
· 2008-2010-cu illər ərzində “AS Qrup İnvestment” MMC-nin təsisçisi və Kamandan Oxatma Federasuyasının prezidenti Şahin Arif oğlu Mövsümov tərəfindən yığma komanda formalaşdırır və beynəlxalq yarışlarda iştirak etmələri üçün şərait yaradır.
· 2010-cu ildə bu idman növünü, idmançıların səviyyəsini beynəlxalq yarışlarda layiqincə təmsil etmək üçün Moldovadan məşqçi və bir idmançı dəvət olunur. 
· 2010-2021-ci ilədək həmin məşqçi rəhbərliyi altında (Qospodinov S.A) Azərbaycan idmançıları daha yaxşı nəticələr əldə etməyə başlayıb.
· 2011-ci ildə keçirilən Qafqaz ölkələrinin çempionatında idmançılar individual olaraq 1-ci və 2-ci yerlər, komanda olaraq isə 3-cü yeri əldə etdilər. 
· 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarında komanda şəklində gümüş medallar qazanılıb.
· 2014-cü ildə Yeniyetmələrin Olimpiadasında iştirak, 16-cı yer (ilk dəfə); 
· 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiadasında iştirak (ilk dəfə) 17-ci yer;

Ötən illər ərzində Federasiya rəhbərliyi kamandan oxatma idman növünün inkişafı məqsədi ilə müxtəlif idman cəmiyyətlərində (Məhsul, Lokomativ, Spartak) idmanın bu növü üzrə fəaliiyət göstərən məşqçiləri müvafiq idman alətləri ilə təmin etmiş və məşqçilərlə əmək müqavilələri imzalayıb. Məşqçilər qarşısında əsasən yerli idmançıların yetişdirilməsi və yığma komandanın formalaşdırılması tapşırığı qoyulub.  2010-2021-ci illər ərzində Azərbaycan çempionatları və birincilikləri keçirilmiş və qaliblərin mükafatlandırılması federasiyası tərəfindən maliyyələşdirilib. Bu illər ərzində yığma komandanın üzvləri və məşqçilərin əmək haqqları federasiya tərəfindən təmin olunurdu. 2012-2016-cı ilədək federasiya örtülü salonda beynəlxalq turnirlərin keçiriləsini və mükafatlanmasını təmin edirdi. Həmin yarışda iştirak edən idmançıların və məşqçilərin otel xərclərini federasiya ödəyirdi. 

2020-2021-ci illərdə COVİD-19 virusunun yayılmasında bütün idman növlərindəki kimi oxatmadan da yan keçmədi. Yarışların, məşqlərin olmaması idmançıların nəticələrini aşağı salıb. Nəzərinizə çatdırım ki, hal-hazırda bu idman növü heç bir cəmiyyətdə fəaliyyət göstərmir. Federasiya öz maliyyə mənbələri hesabına beş məşqçi və on idmançının əmək haqqlarını ödəyir. 

 

RƏHBƏRLİK

Prezident: Şahin Arif oğlu Mövsümov 

 

Vitse-prezident: Seymur Əlipənah oğlu Qurbanov 

 

Baş katibi: Murad Həsən oğlu İsfəndiyarov