Prezident: Saleh Ərşad oğlu Məmmədov
Ünvan: Bakı şəhəri, Ə.Qayıbov küçəsi 10q (STN Plaza)
Telefon: 012 555 95 90
E-mail: office@handball.az
İnternet sayt: http://www.handball.az

Azərbaycan Həndbol Federasiyası

Federasiya fəaliyyətinin əsas istiqamətləri.

Federasiya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi icazə      tələb edən fəaliyyət növləri üçün müvafiq dövlət orqanlarından lisenziya aldıqdan sonra aşağıdakı fəaliyyət növləri ilə məşqul olacaqdır:

ölkə miqyasında idmanın inkişafına köməklik göstərilməsi;

həndbolun inkişafı, təbliği, onların milli şüur və vətənpərvərlik hisslərinin yüksəldilməsində və sağlamlığın qorunmasında həndbolun rolunun artırılması;

idman komplekslərinin hazırlanması;

yüksək kvalifikasiyalı idmançıların hazırlanması və onların beynəlxalq meydana müvəffəqiyyətli çıxışlarını tə`min etməsi;

həndbol inkişafı sahəsində qazanılmış respublika və beynəlxalq idman təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi;

sağlam ictimai qüvvələrin möhkəmləndirilməsi vasitəsi iə, ölkədə bədən tərbiyəsi – idman hərəkatının yenidən qurulmasında fəal iştirak etməsi.

Federasiya məqsədlərini yerinə yetirmək üçün:

Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyi ilə birlikdə müxtəlif idman tədbirləri təşkil edir:

Rəsmi idman tədbirlərində iştirak etmək üçün Azərbaycan yığma komandalarının hazırlığını həyata keçirməyində iştirak edir:

Qəbul olunmuş maliyyə - təsərrüfat və xarici iqtisadi fəaliyyətini həyata keçirir;

Qanunvericiliyə zidd olmayan digər fəaliyyət ilə məşqul olur.