Azərbaycan Cüdo Federasiyası
Fəaliyyət:
Cüdo idman növünün ölkədə inkişaf etdirilməsi.
Əhalinin sağlamlığının möhkəmləndirilməsi, bədən tərbiyəsi və hərtərəfli harmonik inkişaf təsirinin gücləndirilməsi.
Yüksək səviyyəli idmançıların hazırlığı sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması.
Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi.
Xarici ölkələrin Milli Federasiyaları, Beynəlxalq Federasiya və başqa beynəlxalq idman təşkilatları ilə əlaqələrin inkişafı və möhkəmləndirilməsi.
Cüdo üzrə idmançıların, məşqçilərin və digər mütəxəssislərin hüquqlarının və maraqlarının müdafiəsi, cüdo veteranlarına qayğı göstərilməsi.
Cüdo idmanının maddi-texniki bazasının saxlanması, genişləndirilməsi və yaxşılaşdırılması.
Şəhər və rayonlarda fəaliyyət göstərən cüdo klublarına, bölmələrinə köməklik göstərilməsi.
RƏHBƏRLİK
Prezident – Rəşad Nəbiyev
Vitse-prezident – Rövşən Rüstəmov
Vitse-prezident – Elnur Məmmədli
Baş katib – Rəşad Rəsullu