Azərbaycan Qış İdman Növləri Federasiyası
Azərbaycan Qış İdman Növləri Federasiyası 30 yanvar 2022-ci ildə yaradılıb. Federasiya ilkin mərhələdə əsasən 4 növ qış idman növləri üzrə: dağ xizəyi, xizək alpinizmi, snoubordinq və fiqurlu konkisürmə kimi idman növlərinin inkişafını hədəfləyir.
Federasiyanın əsas missiyası Azərbaycanda adıçəkilən idman növlərinin inkişafına nail olmaq və təşviq etmək, qiş idman növləri üzrə ixtisaslaşan və formalaşan milli yığma komandanın üzvlərinin, o cümlədən həvəskarların, könüllülərin, məşqçilərin və atletlərin bu sahə üzrə uğur əldə etməsinə zəmin yaratmaqdır. Məqsəd Azərbaycanda qış idman növlərinin kütləvi inkişafı üçün əlverişli mühit yaratmaqdır.