Azərbaycan Atıcılıq Federasiyası
Fəaliyyət növü
Atıcılıq idman növünün ölkədə inkişaf etdirilməsi,
əhalinin sağlamlığının möhkəmləndirilməsində atıcılıq idmanının inkişaf proqramlarını tərtib edərək həyata keçirtmək,
Atıcılıq üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirir
Hər il atıcılıq üzrə milli yığma komandanın heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir
Atıcılıq üzrə milli yığma komandanın məşqçi heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir
Atıcılıq üzrə yarış qaydalarını, ölkə yarışları haqqında əsasnaməni təsdiq edir
Respublika Vahid İdman Təsnifatına daxil olması məqsədilə atıcılıq üzrə normativ və tələblər hazırlayıb təsdiq olunmaq üçün Gənclər və İdman Nazirliyinə təqdim edir
Atıcılıq üzrə yığma komanda tərkibinə daxil olmaq üçün norma və tələbatları işləyib hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarının təsdiqinə verir
Atıcılıq üzrə Respublika milli komandasının cari və perspektiv planlarını təsdiq edir
Atıcılıq üzrə Respublika rekordlarını qeydə alır və təsdiq edir
Atıcılıq üzrə idman ustası və digər fəxri adların verilməsi üçün təqdimatları təsdiq edərək Gənclər və İdman Nazirliyinə təqdim edir
Xarici ölkələrə ezam edilən idman-nümayəndə heyətinin tərkibini və həmin nümayəndə heyəti rəhbərliyinin hesabatlarını təsdiq edir
Atıcılıq üzrə Respublika milli komandası üzvləri olan idmançıların bir idman təşkilatından digərinə keçməsi barədə ərizə və təkliflərə baxaraq qərar çıxardır
Atıcılıq üzrə idmançıların, məşqçilərin və digər mütəxəssislərin sosial müdafisəini və maraqlarını təmin edir. İdman veteranlarına qayğı göstərir
İdmana zidd hallarla mübarizə aparır, əxlaqi-etik qaydalara riayət edilməsinə nəzarət edir
Nizamnamə və digər qaydalara riayət etməyən, əxlaqi-etik qaydaları pozan, Respublika adına xələl gətirən hərəkətlərə yol vermiş idmançıları və digər mütəxəssisləri fəxri adlarından məhrum etmək və onları milli komanda heyətindən kənarlaşdırmaq üçün Gənclər və İdman Nazirliyi və digər dövlət orqanları qarşısında vəsatət qaldırır və başqa cəza tədbirləri tətbiq etmək üçün qərarlar çıxardır
Respublikada ölkədaxili və beynəlxalq miqyaslı yarışların keçirilməsini planlaşdırır, təşkil edir və keçirir
Atıcılıq üzrə mütəxəssislərin ixtisaslarının artırılmasında, idmanın kütləviləşdirilməsində və təbliğində iştirak edir
AAF-ın maraqlarını müvafiq beynəlxalq idman təşkilatlarında təmsil olunması
Xarici ölkələrin milli federasiyaları ilə beynəlxalq idman əlaqələrini inkişaf etdirir və möhkəmləndirir
Atıcılıq üzrə Azərbaycan milli komandalarının Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxış etməsi üçün geniş və planauyğun hazırlıq işləri aparır