Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində fəaliyyət əsasən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- Azərbaycançılıq məfkurəsinin, dövlətçilik ənənələrinin və dövlət rəmzlərinin gənclər arasında geniş təbliğinə xidmət edən tədbirlərin keçirilməsi;
- “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyaları;
- “Bayraq festivalları”;
- “Müstəqil dövlət quruculuğu və gənclik” adlı mədəni-kütləvi tədbirlər.
- Azərbaycanın tarixinin, mədəni irsinin və diyarşünaslığın təbliğinə xidmət edən tədbirlərin keçirilməsi;
- “Hünər” Vətənpərvərlik Mahnıları Festivalı”;
- “Folklor Festivalı”;
- “Azərbaycan doğma diyarımdır” adlı gənclər üçün vətənpərvərlik-yay istirahət düşərgələri.
- Gənclərin çağırışaqədərki dövrdə mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının yüksəldilməsinə, onların hərbi xidmətə həvəsləndirilməsinə xidmət edən tədbirlərin keçirilməsi;
- “Şahin” hərbi-idman oyunu;
- “Sərhəd” hərbi-idman oyunu;
- “Gənc xilasedici və yanğınsöndürən yarışı”;
- “Vətənimə xidmət edirəm” adlı gənclərin orduya yolasalma mərasimləri.
- Hərbi xidmətdə olan gənclərin asudə vaxtının təşkilinə kömək edən əlavə tədbirlərin keçirilməsi;
- Hərbi hissələrdə görüşlər;
- “Əsgər bayramları”.
- Azərbaycanın Milli Qəhrəmanlarının, şəhid döyüşçülərin gənclər arasında təbliğinə xidmət edən tədbirlərin keçirilməsi;
- Milli Qəhrəmanlara həsr edilmiş Gənclərin intellektual-yaradıcılıq festivalları;
- Respublikanın rayon və şəhərlərində Azərbaycanın Milli Qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşcülərin tanıdılması məqsədi ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”adlı təbliğat kampaniyası
- Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi istiqamətində fəaliyyət göstərən klubların, dərnəklərin, mərkəzlərin işinin əlaqələndirilməsi və stimullaşdırılması sahəsində tədbirlərin keçirilməsi;
- Yerlərdə yaradılmış “Gənclərin vətənpərvərlik tərbiyəsi klubları”nın fəaliyyətinin əlaqələndirilməsi və stimullaşdırılması.
- Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində telelayihələrin, maarifləndirici və təbliğat xarakterli mədəni-kütləvi tədbirlərin keçirilməsi;
- “Mən Azərbaycanlıyam” intellektual yarışması (telelayihə);
- Müasir Azərbaycan Gənci (MAG) telelayihəsi;
- “Vətən Sag Olsun” telelayihəsi.
- Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində vəziyyətin öyrənilməsi, təhlil və arayışların hazırlanması;
- Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan sənədlərin hazırlanması;
- Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində mövcud durumun araşdırılması məqsədi ilə sosialoji sorğuların keçirilməsi.
- Statistik məlumatların təhlil edilməsi.