Prezident Mükafatçıları
İl: 2023

Günay Fikrət qızı İmanzadə

İsveçrənin Federal Texnologiya Universiteti, magistr. 2013-2017-ci illərdə Bakı Dövlət Universiteti, Sabah qrupları, Kimya (ingilis bölməsi), bakalavr. 2022-ci ildə , İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sahibkarı” nominasiyasının qalibidir. “Enthouse” layihəsinin həmmüəllifidir. Teknofest Türkiyə yarışması zamanı layihə maraqla qarşılanıb və bir çox sürətləndirmə proqramı ilə Türkiyə bazarına çıxış təklifi alıb. Teknofest Azərbaycan yarışmasında C kateqoriyası üzrə 1-ci yeri tutub və hər iki ölkə başçısı cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan və Nobel Laureatçısı cənab Əziz Səncər tərəfindən medal və pul mükafatı ilə şəxsən təltif olunub. Metatesk startapının təsisçisidir. Startap “ABB Startup Hackathon”un qalibi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasının finalçısı, “Microsoft for Startups” proqramının üzvü, “Google for Startups” akselerasiya proqramının iştirakçısıdır. Roblox şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir. 2018-ci İsveçrənin Federal Texnologiya Universitetində çalışıb. Çində Beynəlxalq məktəbdə Elm istiqaməti üzrə tədris aparıb. “Enthouse” layihəsi balıq və bitkilərin eyni anda hava, su və torpaqdan asılı olmayaraq istehsalına şərait yaratmaqdan əlavə onlar haqqında bütün məlumatların ağıllı idarə olunmasına və ən əsası təhlükəsizliyinə zəmanət verir. Metatesk startapı tədris və öyrənmə prosesini növbəti pilləyə qaldıraraq virtual reallıq (VR) texnologiyasının köməyi ilə metadünyalarda təhsil istiqaməti ilə bağlıdır.