Prezident Mükafatçıları
İl: 2023

Ülviyyə Süleyman qızı Axundova

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti ilə birgə magistr proqramı, Heyətin idarə olunması (ingilis dilində). 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Sabah qrupları, bakalavr. Hazırda “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, YAP Gənclər Birliyinin idarə heyətinin üzvüdür. “Youth Inc” Sahibkarlıq Proqramının rəhbəridir. 2016-2018-ci il tarixlərdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində Layihələr, Könüllülərlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis. BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Səlahiyyətləndirmə Assosiasiyasının dəstəyi ilə “Çağırışın 17 siması” (17 Faces of Action) adlı layihədə 17 qadından biri kimi seçilib. Respublika Gənclər Debat Forumunda ən yaxşı natiq olaraq 2017-ci ildə təltif olunub. 2018-ci ildə beynəlxalq və yerli debat forumlarında hakimlik etmək statusu üzrə attestasiyadan keçib və A kateqoriyası (ən yüksək) əldə olunub. 100-dən çox ölkənin təmsil olunduğu Dünya Universitetlərarası Debat Çempionatında iştirakçı kimi təmsilçilik və hakimlik hüququna malikdir. 2015-cı ildə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı yaradılan zaman heyətin üzvlərindən biri kimi fəaliyyətə başlayıb. Proqramda 3 illik fəaliyyəti müddətində beynəlxalq və dövlət səviyyəsində 1000-dən çox tədbirin təşkilatçısı və təşəbbüskarı kimi çıxış edib. 2017-ci ildən Beynəlxalq təhsil platforması olan “Teach for All” proqramı əsasında yaradılan “Teach for Azerbaijan” təhsil proqramının koordinatoru və “Təhsil Avtobusu” layihəsinin rəhbəridir. Bu fəaliyyəti üzrə Təhsil Nazirliyi tərəfindən 2019-cu ildə Fəxri Fərmanla təltif olunub. Ölkə və beynəlxalq miqyasda müxtəlif debat forumlarının fəal iştirakçısı və təşkilatçısıdır. BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Səlahiyyətləndirmə Assosiasiyasının dəstəyi ilə keçirilən “Çağırışın 17 siması” (17 Faces of Action) adlı layihədə 17 qadından biri kimi seçilib.