Prezident Mükafatçıları
İl: 2023

Bəxtiyar Qabil oğlu İslamov

2019-cu ildə Koreya Respublikasının Seul şəhərində Koreya Universitetində rəqəmsal innovasiyalar və elektron idarəetmə üzrə proqramının məzunu. 2018-2020-ci illərdə Çin Xalq Respublikasının Pekin şəhərində Beynəlxalq Biznes və İqtisadiyyat Universiteti (UIBE Business School), Beynəlxalq Biznes Menecmenti, magistr. 2014-cü ildə Macarıstanın Budapeşt şəhərində “Corvinus” Universitetində təhsil (beynəlxalq mübadilə proqramı çərçivəsində). 2014-cü ildə Avstriyanın Vyana şəhərində Vyana Diplomatik Akademiyasında ‘’Beynəlxalq İdarəetmə’’ üzrə mühazirələrdə iştirak. Əmək və ictimai fəaliyyəti: Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının üzvü 2022-ci ildən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İdarə Heyətinin üzvüdür. 2021-ci ildən YAP Gənclər Birliyinin sədri. 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin Təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın tərkib hissəsi olaraq təsis edilmiş "Ağıllı Şəhər Konsepti" üzrə yaradılmış işçi qrupunun üzvü kimi fəaliyyət göstərib. 2019-2021-ci illərdə YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Milli Komitəsinin üzvü olub. 2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşıdır. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Seçkilərində Prezident İlham Əliyevin təbliğat-təşviqat proqramlarından olan “SƏNİNLƏ” proqramının layihə rəhbəri olub. 2017-ci ildə Türkiyənin İstanbul şəhərində ‘’2-ci Beynəlxalq Yerli İnkişaf və Maliyyə’’ Konqresində ‘’BMT Dayanaqlı İnkişaf Məqsədlərinin QHT-lərin fəaliyyətində rolu’’ mövzusunda spiker olaraq çıxış edib. 2016-2018-ci illərdə ‘’ASAN Könüllüləri’’ Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərib. 2016-ci ildən ‘’ASAN Könüllüləri’’ Gənclər Təşkilatının İdarə Heyətinin üzvüdür. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) VII Qlobal Forumunda ‘’Gənc Lider’’ olub. 2015-ci ildə Bakı 2015 1-ci Avropa Oyunları Əməliyyat Komitəsində Tədbir Xidmətləri meneceri vəzifəsində işləyib. 2016-cı ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “ASAN xidmət’’ tərəfindən həyata keçirilən ‘’Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat’’ layihəsinin rəhbəri olaraq Uqandanın bir sıra şəhərlərində sosial aksiyaların reallaşdırılmasında iştirak edib. 2014-cü ildə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində təcrübə keçib. YAP Gənclər Birliyinin sədridir.