İlin Gənci
İl: 2022

Tünzalə Əsgər qızı Quliyeva

Tünzalə Əsgər qızı Quliyeva - Kulinardır. 2019-cu ildə İslam ölkələri aşpazlarının birinci konqresində fəal iştirak edərək diplomla təltif edilib. 2019-cu ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən Beynəlxalq Kulinariya Günü ilə bağlı tədbirdə fəal iştirakına və il ərzində kulinariyanın inkişafında xüsusi xidmətlərinə görə diplom ilə təltif edilib. 2021-ci ildə Azərbaycan Ordusu ilə birlikdə keçirilən tədbirlərdə yaxından iştirak etdiyinə görə Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. 2021-ci ildə Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr olunmuş tədbirdə fəal iştirakına görə diplom və medalla təltif edilib. 2021-ci ildə Türkiyənin İstanbul şəhərində Dünya Halal Sammiti Beynəlxalq Aşpazlar Çempionatında birinci yerə layiq görülməklə qızıl medal, eyni zamanda sertifikata layiq görülüb.