İlin Gənci
İl: 2022

İskəndər Aleksandr oğlu Məmmədov

İskəndər Aleksandr oğlu Məmmədov - Qrafika rəssamıdır. 2019-cu ildən Avropa Təbii Elmlər Akademiyasının üzvüdür. 2021-ci il Nizami Gəncəvi ilinə həsr olunmuş “Nizami Gəncəvi Mədəni İrsi 21 Əsr” adlı simpoziumunda Dekorativ Tətbiq Sənət sahəsi üzrə birinci yerə layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Xəyalımın illustrasiyaları” adlı layihədə ikinci yer tutduğuna görə sertifikatla təltif edilib. Gənclər günü münasibətilə təşkil olunan “AXIN” sərgisində fəal iştirakına görə diplomla təltif edilib. Respublika və Beynəlxalq Sərgi və simpoziumların dəfələrlə iştirakçısı olub.