Prezident Mükafatçıları
İl: 2022

Azər Alik oğlu Quliyev

Azər Alik oğlu Quliyev - 1997-ci il avqust ayının 24-də Bakı şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr, 2018-2020-ci illərdə isə magistr təhsili alıb (fərqlənmə diplomu ilə). 2017-2018-ci illərdə “Cinemazadeh” adlı film istehsalı ilə məşğul olan özəl şirkətdə redaktor, inzibatçı, ikinci rejissor və rejissor assistenti vəzifəsində çalışıb. 2018-2019-cu illərdə “Butafilm” studiyasında ikinci rejissor vəzifəsində çalışıb. 2020-ci ildə “Mozalan” studiyasında rejissor assistenti kreativ prodüser qismində əməkdaşlıq edib. 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” adlı pitçinq layihəsinə “Mozalan” studiyası adından, “İkinci planetin qırmızı rəngi” adlı layihə ilə qatılıb və qaliblər sırasında yer alıb. 2021-ci ildə “Təngnəfəs” filmi “Moskva Premyerası” adlı MDB ölkələri arasında keçirilən nüfuzlu film festivalına dəvət alıb. 2021-ci ildə “Mozalan” studiyasının istehsalı olan 199 saylı buraxılışın redaktorudur. 2021-ci ildə “Təngnəfəs” filmi Belarusun Minsk şəhərində keçirilən və “FİAPF”-ın akkreditasiyasına malik olan nüfuzlu “Listopad” film festivalına, Qazaxıstanda keçirilən (“Jaiyq”) Beynəlxalq Film Festivalına dəvət alıb və orada böyük maraqla qarşılanıb. 2021-ci ildə “Təngnəfəs” filmi eyni zamanda Gürcüstanın Batumi şəhərində keçirilən Batumi Beynəlxalq Art-House Film Festivalının əsas müsabiqə proqramında yer alıb. 2021-ci ildə Bişkek şəhərində baş tutan “MDB ölkələrinin gənc kinosu” adlı “Umut” Beynəlxalq kinoforumunda “Təngnəfəs” filmi Azərbaycanı layiqincə təmsil edib. 2021-ci ildə “Təngnəfəs” filmi cənub-şərqi Avropanın ən böyük və dünyanın nüfuzlu film festivallarından sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb və filmin dünya premyerası həmin proqram çərçivəsində baş tutub.