Prezident Mükafatçıları
İl: 2020

Əsgərzadə Elmar Etibar oğlu

Təhsil: 2013-2019 Bakı Ali Neft Məktəbi. 2019- indi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiyası, magistr. Əmək və ictimai fəaliyyəti: Avtomobil mühərrikini uzun müddət optimal temperaturda saxlamaq funksiyasını yerinə yetirən "ThermoNorth" layihəsinin müəllifi. "ThermoNorth" layihəsinin uğurları: Layihə "ClimateLaunchPad" proqramında Gənclər Fondunun dəstəyi ilə iştirak etmiş və dünya finalçısı olub. ABŞ Dövlət Departamentinin Global İnnovasiya Proqramı tərəfindən dünya üzrə 1000-dən artıq elm və texnologiya sahəsində olan startaplar arasından seçilən 26 startapdan biri olub, "Regional Startup Training Caucasus" proqramında 40 startap arasında II yeri tutub. Valideynləri: Atası - Eyyubov Etibar Əsgər oğlu, 1971-ci anadan olub. Hazırda fərdi təsərrüfat ilə məşğuldur. Anası - Eyyubova Alimə Əlibala qızı, 1973-cü ildə anadan olub. Hazırda evdar qadındır.