Prezident Mükafatçıları
İl: 2020

Ağayev Ziya Səbuhi oğlu

Təhsili: 2009-2015 Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tikinti iqtisadiyyatı-Marketinq. 2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Teatrsənəti-Dram teatr və kinoaktyoru” ixtisası. Əməkfəaliyyəti Azərbaycan Dövlət Akademik və Milli Dram Teatrında, Azərbaycan Dövlət “Yuğ” teatrında aktyor kimi çalışır. Azərbaycan Dövlət Televiziyasında “Mücahidlər” adlı televiziya verilişinin aparıcısıdır. 2019-cu ildə Rusiya Federasiyası Moskva şəhərində Rusiya Dövlət Teatr İnstitutunda (QİTİS) keçirilən beynəlxalq tələbə festivalında çıxış edib. “Otello Əfsanəsi” tamaşasında Otello personajını canlandırıb və festivalın “Ən yaxşı kişi rolu” nominasiyasında qalib olub. Valideynləri: Atası – Ağayev Səbuhi Asəf oğlu, 1965-ci ildə anadan olub. Hazırda işləmir. Anası – Ağayeva Zəhra Abdulla qızı, 1971-ci ildə anadan olmuşdur. Evdar xanımdır.