Prezident Mükafatçıları
İl: 2020

Quliyeva Mətanət Elşən qızı

Təhsil: Gəncə Dövlət Regional Kolleci - Təsviri İncəsənət müəllimliyi ixtisası. Əmək və ictimai fəaliyyəti: Şəmkir rayon Heydər Əliyev Mərkəzində Yaradıcı Yazarlar klubunun yaradıcısı, "Sağlamlıq imkanları məhdud uşaqlara əl işlərinin öyrədilməsi", "Əngəllərə yox deyək", "Fərqli görürsən, fərqli deyilik", "Əngəlsiz Düşüncə" adlı layihələrin təlimçisi, "Nəsiminin 650 illik yubileyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili", "Əngəlsiz Aikido" layihəsinin ideya rəhbəri olub. VIII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi"ndə "Bədii qiraət" nominasiyası üzrə I yerə layiq görülüb (2019). Valideynləri: Atası - Quliyev Elşən İsrail oğlu, 1974-cü ildə anadan olub,. Hazırda işsizdir. Anası – Quliyeva Raifə Şahniyar qızı, 1976-cı ildə anadan olub. Şəmkir rayonundaTofiq Cəfərov adına tam orta məktəbdə musiqi müəlliməsi vəzifəsində çalışır. İctimai cəhətdən fəal gəncdir. Əlilliyi olan gənclərə yönəlmiş bir sıra layihələr həyata keçirmişdir. l qrup əlildir.