Tarix: 26.04.2017 16:10
Mənbə:

“Beynəlxalq terrorizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” sahəsində debatlar keçiriləcək

1000-dən çox gənci əhatə edəcək “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi çərçivəsində keçirilən tədbirlərdə “Beynəlxalq terrorizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” sahəsində mövzular müzakirə ediləcəkdir. Forum Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci il “İslam Həmrəliyi ili” elan olunmuşdur. Forumda iştirak edəcək gənclər “İslam Həmrəliyi” sahəsində ətraflı araşdırmalar aparacaq və na uyğun olaraq debatlar təşkil olunacaqdır. Eyni zamanda mövzu ətrafında gənclərlə ekspert görüşləri təşkil olunacaqdır. Bununla da layihə çərçivəsində gənclərə mövzuların araşdırılmasında kömək edilməsi, İslamda tolerantlılıq mühitinin ön plana çəkilməsi məqsədi daşıyır. Layihə regionlarda yaşayan gənclərin sosial fəallığının artırılmasına xidmət edəcək, eyni zamanda regionlararası gənclər mübadiləsi formatında həyata keçiriləcəkdir.

Forum çərçivəsində rayon və şəhərlərdə, o cümlədən məktəb, universitet və digər təhsil müəssisələrində debat təlimləri, ekspert görüşləri, debat turnirləri keçiriləcəkdir.
Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır.

RGDF keçirilməsində əsas məqsəd gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə, eyni zamanda dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclərin iştirakını təmin etməkdir. RGDF vəzifələrinə gənclərdə natiqlik bacarqılarının,  gənclərin ictimai həyatda iştirakılarının stimullaşdırılması, könüllülük hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.