İlin Gənci
Year: 2022

Emin Akif oğlu Əlizadə

Emin Akif oğlu Əlizadə - Yazıçıdır. 2015-ci ildə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin, fakültədaxili şeir müsabiqəsində ikinci yerə layiq görülüb. “Eminquey” təxəllüsü ilə yazdığı şeirlər “Kulis.az”, “Kaspi”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti,”Ulduz” jurnalı, “Azərbaycan” jurnalı kimi ədəbiyyat platformalarında dərc olunub. “Günəbaxan” adlı şeirlər kitabı mövcuddur. 2020-ci ildə Jurnalistlər üçün keçirilən yazı müsabiqəsində Hüseyn Cavidə həsr olunmuş “Mədəniyyətimizin sürgünü” adlı bədii-publisistik yazısı ilə yer tutub. 2021-ci ildə “Səhnə” teatrının ərsəyə gətirdiyi, M.F. Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin motivləri əsasında müzikl janrında hazırlanan “Bir dəfə Qarabağda” adlı tamaşanın musiqi sözlərinin müəllifidir.