İlin Gənci
Year: 2022

Aygün Bəhruz qızı Fətullayeva

Aygün Bəhruz qızı Fətullayeva - Aktrisadır. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada aktyoru” fakültəsini bitirib. 2016-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Heydər Əliyev Fondunun Milli Paralimpiya Komitəsi ilə birgə keçirdiyi “Yenilməzlər” Beynəlxalq Qala Təqdimatının təşkilində fəal iştirakına görə təşəkkürnamə, Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən isə milli teatr sənətinin inkişafında xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Pırpız Sona (“Dəli yığıncağı” C.Məmmədquluzadə), Peqi Blu (“Tanrıya 14 məktub” E.Şmidt), Lalə (“Mələk” P.Seyidli), Nadya (“Oqtay Eloğlu” C.Cabbarlı), Şahzadə xanım (“Bremen musiqiçiləri” Y.Entin, V.Livanov), Artemida (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli), Dilşad (“Məlikməmməd” Azərbaycan Xalq nağılı), Qaraçı (Buratinonun macəraları”, A.Tolstoy), Anjelin dublyoru (“Məhv olunmuş gündəliklər” İ.Əfəndiyev), Annika (“Uzuncorab Pippi” A.Lindqren), Turp (“Çipollino” C.Rodari), Xəzinədar (“Qulliver cırtdanlar ölkəsində” C.Svift), Tobik (“Çeburaşka” E.Uspenski), Tənbəl Şirin (“Şirinlər” P.Culliford) obrazlarında çıxış edib. 2021-ci ildə “Xocalıya ədalət” kompaniyası çərçivəsində çəkilmiş “Xocalı nişanəsi” çarxında yaratdığı Xocalı sakini, “Vəsiyyət” serialında “Zeynəb”, “Kür nəğmə” serialında Nərgiz obrazı ilə yer alıb.