Sara Əli Əkbər qızı Əmirian
Sara Əli Əkbər qızı Əmirian - Bəstəkardır. Əmirian Sara (Dilruba – təxəllüsü) 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mədəniyyət Nazirliyinin “Gənclərə dəstək” layihəsi və Gürcüstanın “Harmony” – Gürcü Folkloru və Klassik Musiqinin İnkişafı”nın birgə təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq Musiqi Festivalında diploma layiq görülüb. 2019-cu ildə Türkiyədə keçirilmiş “CASPİ ART – 5-ci Uluslarası Sanat Yarışması”nda musiqi nominasiyası üzrə birinci yerə layiq görülüb. 2019-cu ildə Ukraynada keçirilmiş “The First İnternational Art Competition – ART World” müsabiqəsində musiqi nominasiyası üzrə birinci yerə layiq görülüb.