Vüsal Hüsaməddin oğlu Hüseynli
Vüsal Hüsaməddin oğlu Hüseynli - İnteryer rəssamdır. 2021-ci ildə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkil etdiyi “Abşeron Qəsəbələrinin Memarlıq Siması-Buzovna” müsabiqəsində iştirak edib və həmin ildə Azərbaycan Memarlar İttifaqının təşkil etdiyi “VIII Respublika Memarlıq müsabiqəsi”ndə birinci dərəcəli diplomla təltif edilib. Həmin layihə ilə iştirak etdiyi “Eurasian Prize” beynəlxalq müsabiqəsində, mədəniyyət memarlıq kateqoriyası üzrə qızıl medal və diploma layiq görülüb.