Əliqənbər Yadigar oğlu Xəlili
Əliqənbər Yadigar oğlu Xəlili - 1994-cü il iyul ayının 6-da Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili alıb. 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə IGF-2012 beynəlxalq forumunda İT üzrə könüllü olaraq iştirak edib. 2013-2016-cı illərdə özəl sektorda kiçik sistem mühəndisi, sistem mühəndisi, İT şöbəsinin rəhbəri vəzifələrində çalışıb, bir sıra dövlət və özəl müəssisələrinin İT layihələrində iştirak edib. 2016-cı ildən etibarən, dünyaca məşhur kompüter elmləri bloqlarında (Geeks for Geeks, Codeforces, MIT Technology Review və s.) faydalı kontentin yaradılması ilə məşğuldur. 2017-2021-ci illərdə “Azercell” MMC mobil rabitə operatorunda proqramçı mühəndis, məhsul və servislərin idarəolunması qrupunun texniki koordinatoru və həmin qrupun rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildən “akhalilli.github.io” adlı şəxsi bloqunda süni intellekt, alqoritmlər, verilənlər strukturu üzrə elmi-praktiki həllərin analizi barədə maarifəndirici və öyrədici məqalələr paylaşır. 2019-cu ildə “Azercell: Data Engineering and Machine Learning” layihəsi çərçivəsində müxtəlif universitetlərdən seçilmiş tələbələr və müxtəlif sektorlardan olan iş adamları üçün nəzəri və praktiki təlimlər keçib. Hal-hazırda Amerikanın TopTal şirkətində süni intellekt üzrə aparıcı mühəndis olaraq fəaliyyətini davam etdirir.