Prezident Mükafatçıları
Year: 2022

Coşqun Hikmət oğlu Hidayətov

Coşqun Hikmət oğlu Hidayətov - 1994-cü il noyabr ayının 2-də Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə Sumqayıt Dövlət Universitetinin tarix ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçısı olub. 2020-ci ildə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçısı olub. 2021-ci ildə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Qazilərlə bir gün”, “Qəhrəmanını tanı”, “Qayıdış” gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsinin, “Böyük Qayğı” proqramının, “Şəhidimiz” kampanyasının, “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinin proqram koordinatoru seçilib. 2021-ci ildə YAP GB-də şəhid ailələri və qazilərlə iş komitəsinə, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya üzv seçilib. 2021-ci ildən “Böyük Qayıdış” Gənclər Təşkilatında icraçı direktorun müşaviri (layihələr üzrə) olaraq çalışır. 2021-ci il mart ayının 11-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təqdimatı əsasında YAP GB-nin idarə heyətinin üzvü seçilib. Vətən müharibəsinə könüllü olaraq yollanmış, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Hadrut, Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, Müzəffəf Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2021-ci ilin dekabrın 22-dən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru olaraq çalışır.