Prezident Mükafatçıları
Year: 2022

Əziz Kamal oğlu Qasımov

Əziz oğlu Kamal Qasımov - 1996-cı il sentyabr ayının 5-də Naxçıvan şəhərində anadan olub. 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2019-cu ildə isə “Beynəlxalq hüquq” ixtisası üzrə magistr təhsili alıb. 2020-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində müəllim vəzifəsində çalışır. 2021-ci ildən Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədridir. “Gənclərin aktivliyinə psixoloji dəstək təlimi”, “Zəka sənsən” məntiq olimpiadası, “Hüquq günləri”, “Muxtariyyət-95” intellektual oyunlar üzrə çoxnövçülük turniri, “Üstün zəka” intellektual oyunu, “Heydər Əliyev və Azərbaycan tarixi” intellektual oyunlar turniri, “Nəsimi ili”nə həsr olunmuş intellektual oyunlar turniri, Bayraq və konstitusiya günlərinə həsr olunmuş intellektual oyunlar turniri, şəkilli erudit intellektual oyunu kimi tədbir və layihələrin rəhbəri, ideya müəllifi və ya təşkilatçısı olub. “Nakchivan colour day 2018”də təşkilat komitəsinin üzvü olub. 2 publisistik və 1 elmi məqalənin müəllifidir.