Prezident Mükafatçıları
Year: 2021

Əhmədov Ramil Bayram oğlu

Təhsil: 2011-2015 Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr. 2015-2018 Memar Sinan Güzel Sanatlar Universitetinin “Yeni türk ədəbiyyatı” ixtisası üzrə magistr. 2018-ci ildə İstanbul Universitetinin Türkdili və ədəbiyyatı fakültəsi, doktorantura. Əmək və ictimai fəaliyyəti: 2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün təsis etdiyi xüsusi təqaüd. Azərbaycan “Ulduz”, “Naşir”, “Kitabçı” jurnallarında, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Aydın yol” qəzetləridəseir, esse, publisistik məqalə, tərcümə və ədəbi müsahibələri dərc olunub. Yazıçılar Birliyinin gənc yazarları arasında ən istedadlılardan biri hesab olunur.