Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası
Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının əsas məqsəd və planı ölkəmizdə fəaliyyət göstərən Çin döyüş növlərinin inkişafına dəstək olmaq, qarşılıqlı seminar və yarışlar təşkil etmək, Çin döyüş növlərinin qədim mədəniyyəti və dərin fəlsəfəsini gənclərimizə çatdırmaqdır.
Assosiasiyanın əsas vəzifələrindən biri, iki dövlət arasında olan dostluq və idman əlaqələrinin inkişafı yönündə işlər aparmaqdan ibarətdir.
Fəaliyyət növləri:
Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasında Uşu, Kunq-Fu və Vinq-Çun döyüş idman növləri inkişaf etdirilir