Azərbaycan MMA və Grappling Federasiyası
Azərbaycan MMA və Grappling Federasiyası pankration üzrə 15 dəfə, grappling və MMA idman növləri üzrə 12 dəfə respublika çempionatları keçirib. İctimai birlik Azərbaycan MMA və Grappling Federasiyası adı ilə 2023-cü ildə yenidən təsis edilib və Gənclər və İdman Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Bu illər ərzində beynəlxalq və respublika turnirləri, Respublika Kuboku, onlarla Bakı çempionatı, eləcə də Dünya çempionatı və Dünya kuboku keçirib:
· 2007-ci ildə Həvəskarlar arasında Pankration üzrə beynəlxalq turnir;
· 2009-cu ildə Həvəskarlar arasında Pankration üzrə Dünya Kuboku;
· 2010-cu ildə Peşəkarlar arasında Pankration üzrə Azərbaycan və Avropa çempionatı;
· 2012-2013-2014-2015-ci illərdə peşəkarlar arasında MMA) turnirləri;
· Azərbaycan və Gürcüstan, İran, Türkiyə, Rusiya və dünyanın bir çox ölkələrinin atletlərinin iştirakı ilə beynəlxalq turnirlər;
· 2017 və 2019-cu ildə Grappling üzrə Dünya çempionatı.
Azərbaycan MMA və Grappling Federasiyası nüfuzlu beynəlxalq federasiyaların üzvüdür:
· GAMMA (Global Association MMA);
· UWW (United World Wrestling).