“Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı haqqında
Ə S A S N A M Ə
1. “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı ilə aşağıda göstərilən tələbləri yerinə yetirən şəxslər təltif olunur:
- Cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən, insanların tərbiyəsinə yönəldilmiş təşkilatçılıq, elmi-metodiki və digər sahələrdə əmək sərf etmiş, öz peşəkar ustalıqlarını daim artıran, bədən tərbiyəsi və idman sahəsində ən azı 25 illik fasiləsiz iş stajı olan,idman növləri üzrə bədən tərbiyəsi və idman mütəxəssisləri;
- Təhsil müəssisələrində çalışan bədən tərbiyəsi müəllimləri;
- Bədən tərbiyəsinin, uşaq-gənclər idmanının və idman növlərinin inkişafında böyük xidmətləri olmuş idarə, müəssisə və təşkilatlardakı bədən tərbiyəsi və idman mütəxəssisləri;
- Yüksək mənəvi keyfiyyətlərə malik olan insanların tərbiyəsinə yönəldilmiş təşkilatçılıq, elmi-metodiki və digər sahələrdə əmək sərf etmiş bədən tərbiyəsi və idman mütəxəssisləri;
-
2. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən verilir.
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı üzrə təqdimatlarla Gənclər və İdman idarələri, idman yönümlü təşkilatlar, idman növləri üzrə federasiyalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər.
3. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adının təltif edilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
- Təqdimat;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3x4 sm. ölçüdə iki fotoşəkil;
- Müraciət edən təşkilatın qərarı;
- Əmək kitabçasının surəti.
4. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülən şəxslərə döş nişanı və vəsiqə təqdim edilir.
5. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı ilə təltif edilmə haqqında qərar “KİV”də dərc edilir.
6. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən ləğv edilə bilər.