
News
Published:3/21/2023 2:53 PM
Views:146
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçıları sırasına düşüb
Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatçıları sırasına düşüb.
Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı 1/4 finalda Duru Kırbacı, yarımfinalda Gülce Dönmezi mübarizədən kənarlaşdırıb.
Finalda digər yerli idmançı Nil Başarana 2:3 hesabı ilə uduzan Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.