News
Published:12/9/2022 9:58 PM
Views:1181

Gənclər və idman naziri Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 9-da Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib. Qəbələ şəhərində qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Qəbələ şəhərində Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları dinləyib onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.