News
Published:9/24/2022 2:49 PM
Views:794

Fərid Qayıbov Şəki şəhəri və Qax rayonu sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 24-də Şəki şəhəri və Qax rayonu sakinlərini qəbul edib. Qəbuldan öncə Şəki şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəki şəhərində Olimpiya İdman Kompleksində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.