News
Published:9/22/2022 4:39 PM
Views:161

Azərbaycan gimnastları açıq Qazaxıstan çempionatında 5 medal qazanıblar

Almatı şəhərində tamblinq üzrə açıq Qazaxıstan çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Mixail Malkin, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Aleksey Karataşov təmsil ediblər.

İdmançılarımız uğurla çıxış edərək fərdi yarışlarda yığmamızın aktivinə 2 qızıl, 2 gümüş, komanda hesabında isə 1 qızıl medal yazdırıblar.

Təmsilçilərimizdən Mixail Malkin və Bilal Qurbanov bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıblar. Hüseyn Əsədullayev və Aleksey Karataşov isə gümüş medala layiq görülüblər. Komanda yarışlarında da idmançılarımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.