News
Published:8/3/2022 5:42 PM
Views:1341

Fərid Qayıbov Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov avqustun 3-də Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərini qəbul edib.

Qəbuldan öncə Hacıqabul şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Hacıaqbul şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.