
News
Published:7/9/2022 7:53 PM
Views:1482
Gənclər və idman naziri Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib. Qəbuldan öncə Beyləqan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Beyləqan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.