News
Published:4/8/2022 10:00 PM
Views:1674

Gənclər və idman naziri Naftalanda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov aprelin 8-də, qəbul cədvəlinə müvafiq olaraq, Naftalan şəhərindən, Xocalı və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov hər bir vətəndaşı diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.