News
Published:7/29/2021 11:50 AM
Views:125

Azərbaycanda IV Robot Olimpiadasının finalı baş tutdu

Azərbaycan Respublikasının Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda IV Robot Olimpiadasının finalı baş tutdu.

 

Paytaxt və regionlardan orta və ali təhsil müəssisələrindən 92 komandanın mübarizəyə qoşulduğu yarışma 3 gün davam etdi. Avtonom qiymətləndirmə sistemi üzrə ilk 5-likdə qərarlaşan komandalar beynəlxalq hakimlərin verilmiş qaydalar çərçivəsində dəyərləndirildikdən sonra qaliblər müəyyənləşdi.

 

Yarışlar 4 kateqoriya üzrə keçirilib və yekunda qalib kateqoriya üzrə qaliblər ölkəmizi 18-21 noyabr tarixlərində Kanadada təşkil ediləcək Dünya Robot Olimpiadasında təmsil edəcəklər.

 

IV Robot Olimpiadasının  Finalının qalibləri:

 

 Kateqoriya - Elementary_Beginner:

🥇 I Yer - MasterBot (Bakı)
İştirakçılar : Ömər Seyfullazadə , Ömər Kazımlı , Hüseyn Abdullayev

🥈 II Yer - TechRobot (Bakı)
İştirakçılar : Raul Vəliyev, Əyyub Tağıyev , Səlim Kərimli

🥉 III Yer - SMARTteam (Zaqatala)
İştirakçılar : Sanur Əliyev , Əhməd Osmanlı
---------------------------------------------------------------------

 Kateqoriya - Elementary_Advanced:

🥇 I Yer - RoboKing (Bakı)
İştirakçılar : Ayxan Bağırlı , Fatimə Rəhimli

🥈 II Yer - LegendaryRobots (Bakı)
İştirakçılar : Hüseyn Əhmədli , Yunus Əlizadə
---------------------------------------------------------------------

 Kateqoriya - Junior_Beginner:

🥇 I Yer - MIrobot (Bakı)
İştirakçılar : İbrahim İbrahimli, Musa İbrahimli

🥈 II Yer - Winners (Bakı)
İştirakçılar : Zabitə Qurbanlı , Nicat Hüseynov

🥉 III Yer - Walle (Bakı)
İştirakçılar : Fatih Emçiyev, Araz Çıraqov
---------------------------------------------------------------------

 Kateqoriya - Junior_Advanced:

🥇 I Yer - SUMRob (Sumqayıt)
İştirakçılar : Rüfət Alxanlı , Nəzrin Nəcəfli

🥈 II Yer - Excalibur (Sumqayıt)
İştirakçılar : Nəsir Bəşirov , Rabia Xıdırlı

🥉 III Yer - Robuilders (Sumqayıt)
İştirakçılar : Eldar Mustafayev , Elnur Məmmədov
---------------------------------------------------------------------

 Kateqoriya - Senior_Beginner:

🥇 I Yer - KAOS (Gəncə)
İştirakçılar : Mahmud Səmədzadə, Elmir Quluzadə, Əbdulrahman Sadıqlı

🥈 II Yer - Robo_Kaspi_Senior (Bakı)
İştirakçılar : Yusif Yusifli , Elmir Ələkbərli
---------------------------------------------------------------------

 Kateqoriya - Senior_Advanced:

🥇 I Yer - BrainDevil (Sumqayıt)
İştirakçılar : Amin Nəcəfli , Rəvan Məhərrəmli

🥈 II Yer - MastersRobot423 (Bakı)
İştirakçılar : Asil Dadaşlı , Nigar Nəsib
---------------------------------------------------------------------

 Açıq Kateqoriya

🥇 I Yer - Junior mühəndislər (Zaqatala)
İştirakçılar : Əhməd Mahmudov, Islam Hacizadə , Nicat Əliyev

🥈 II Yer - RoboCore (Bakı)
İştirakçılar : Muhamməd Hüseynzadə , Cavad Məmmədov, Şəhla Ələsgərli

   

Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də artıq bu say 80-i keçib.

 

Azərbaycan 2017-ci ildən Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilimişdir.