News
Published:7/29/2021 9:00 AM
Views:96

Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar

Bakıdan yola düşən Firdovsi Fərzəliyevlə Rafael Ağayevə İrina Zaretska da qoşulacaq. Tokio Olimpiadasının kumite yarışlarında F.Fərzəliyevlə (-67 kq) Rafael Ağayevi (-75 kq) kişilərin baş məşşqçisi Qurban Tağıyev, İrina Zaretskanı (+61 kq) isə qadınların baş məqçisi Denis Morozov müşayiət edəcək. 

 

5-7 Avqust tarixlərində Nippon Budokan mərkəzində yarışların ilk günü Firdovsi Fərzəliyev mübarizəyə qatılacaq. Ertəsi gün Rafael Ağayevin, Avqustun 7-də isə İrina Zaretskanın nəticəsi məlum olacaq. 

 

Beynəlxalq hakimimiz Cahangir Babayev Olimpiadanın karate yarışlarını idarə edən 15 hakim arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov da Tokioda idmançılarımızla bir yerdə olacaq. 

 

Qeyd edək ki, Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində 2 qrupa bölünən 10 idmançı çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçilər yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar. 

 

Tokio 2020 Olimpiadasında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.