News
Published:7/28/2021 7:00 PM
Views:76

Ümumdünya Hepatitlə Mübarizə gününə həsr olunmuş onlayn tədbir keçirilib

28 iyul 2021-ci il tarixdə Nəsimi rayon Gənclər və İdman İdarəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə     28 İyul - Ümumdünya Hepatitlə Mübarizə gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev mövzunun aktuallığını diqqətə çatdırdı. Qeyd etdi ki, tədbir gənclər arasında sağlam həyat tərzinin təbliğində mühüm əhəmiyyətə malikdir.

Sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Billurə Yusifova hepatitin törətdiyi fəsadlar, ona qarşı mübarizə yolları, hepatit viruslarının yayılma səbəbləri və eyni zamanda xəstəliyin müalicəsinə dair ətraflı məlumat vermişdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.