News
Published:6/14/2021 5:15 PM
Views:90

15 İyun Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı onlayn inşa müsabiqəsi keçirilmişdir

09-14 iyun 2021-ci il  tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev irsinin gənc nəsilə təbliğ olunması və yaradıcı, istedadlı gəncləri üzə çıxarmaq məqsədi ilə 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı onlayn inşa müsabiqəsi  keçirilmişdir. Onlayn inşa müsabiqəsinin qalibləri və fərqlənmiş iştirakçıları münsiflər heyəti tərəfindən yazı işlərinin qiymətləndirilməsindən sonra elan olundu. Yekun nəticədə III yeri şəhər 8 saylı tam orta məktəbin şagirdi Gülçin Rüstəmli, II yeri  Peyk kənd tam orta məktəbin şagirdi Nəzrin Salahlı, I yeri isə şəhər 1 saylı məktəb-liseyin şagirdi Xanım İsayeva qazandı. Aşağı Kürkənd kənd tam orta məktəbin şagirdi Nərgiz  Balayeva və Yuxarı Xalac kənd 2 saylı  tam orta məktəbin şagirdi Nihat Soltanov onlayn inşa müsabiqəsində fərqlənmiş iştirakçılar seçildilər. 14 iyun 2021-ci il tarixdə onlayn inşa müsabiqəsinin qalibləri və fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.