News
Published:11/23/2020 6:30 PM
Views:265

2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklər haqqında jurnalistlər üçün vebinar keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA)  Azərbaycan İdman Jurnalistləri Federasiyasi ilə birgə 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklər haqqında 23 noyabrda KİV nümayəndələri üçün vebinar təşkil edib.  Vebinarda yeni  Ümumdünya Antidopinq Məcəlləsi və növbəti ildən qüvvəyə minəcək  digər yeniliklərlə bağlı media nümayəndələri ətraflı məlumatlandırılıb. Bildirilib ki, 2021-ci il yanavarın 1-dən qüvvəyə minəcək  Ümumdünya Antidopinq Məcəlləsində bir sıra vacib yeniliklər əksini tapıb.  Yenilik və diəyişiklərin dolğun  şəkildə  idman ictimaiyyətinə çatdırılması üçün AMADA tərəfindən görülən işlərlərlə bağlı media nümayəndələri məlumatlandırılıb. Bununla bağlı idmançılar, onların köməkçi heyəti, respublilka idman federasiyalarının rəsmi şəxsləri və məsul şəxslər üçün silsilə vebinarlar keçirilib.  Keçirilən təlimlərdə onlara qüvvəyə minəcək yeniliklər ətraflı izah edilib. Bundan əlavə  onlar yenilikləri əks etdirən əyani vəsaitlər və digər maarifləndirici vəsaitlərlə təmin ediləcək.

Vebinarda yeni Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklərlə bağlı videotəqdimat nümayiş etdirilib. Daha sonra mövzu ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Videotəqdimatın linki:   https://we.tl/t-JbLEsMapxu