“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı uğurla həyata keçirilib
Gənclər və idman naziri Azad Rəhimov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının uğurla icra olunduğunu bildirib.
“Proqram ötən illər ərzində uğurla həyata keçirilib. Bu müddət ərzində əhəmiyyətli işlər görülüb və uğurlar əldə olunub”, - deyə A.Rəhimov proqramın icrasının yekunları üzrə Koordinasiya Şurasının iclasında qeyd edib.
Nazir deyib ki, gənclər siyasəti Azərbaycan dövlətinin inkişaf strategiyasnın prioritet istiqamətlərindən biridir və gənclərin hərtərəfli inkişafı dövlətin əsas vəzifəsidir.
“Gənc nəslin fiziki və mənəvi sağlamlığı, gənclərin vətənpərvər ruhda tərbiyəsi, intellektual inkişafı, ictimai həyatda fəal iştirakı dövlətimizn diqqət mərkəzindədir”, - deyə A.Rəhimov qeyd edib.
O, bu ilin iyun ayında Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsində Azərbaycan gənclərinin, o cümlədən 20 minə yaxın könüllünün vacib rol oynadığını bildirib.
http://www.youthportal.az/az/news/detail.php?ID=84142