Gənclər və İdman Naziri Azad Rəhimovun Moskvada fəaliyyət göstərən “Exo planetı” jurnalına müsahibəsi
Sual: Azad müəllim, Bakı 25-ci Avropa çempionatına ev sahibliyi edəcək. Bu növ yarışmalar adətən keçirilməsi adət halını almış və artıq dəb şəklinə düşmüş ölkələrdə keçirilir. Azərbaycanın Bədii qimnastika üzrə dünya liderləri sırasında saymaq olarmı?
Cavab: Hələ 7-8 il bundan əvvəl ölkəmizi Avropa çempionatları səviyyəsində yeganə olaraq D.Qimatova təmsil edirdi. Lakin mütəxəssislərin fikirlərinə görə onun çıxışlarını çox da yüksək qiymətləndirmək olmazdı. Ancaq o vaxtlardan çox keçi və bu sahədə böyük inkişaf var. İndi Azərbaycan güclülər sırasındadır və dünya miqyasında keçirilən çempionatlarda iştirak edir. Milli komandamız 2007 ildə Avropa və Dünya çempionatlarında 3-cü yerin sahibi olub. A.Qarayeva isə qızıl medal sahibi oldu. Pekində keçirilən Olimpiya oyunlarında qızlarımız çoxlarından fərqli olaraq səviyyəli çıxışı Azərbaycan gimnastikasının inkaşıfınaəyani sübut idi. Demək ki, Avropa çempionatının Bakıda keçirilməsi çox normalç hətta deyərdim düzgün haldır.
Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci xanımı, Bədii Qimnastika Federasiyasının Prezidenti M.Əliyevanın böyük rolu olmuşdur. Onun əzmi və gördüyü böyük təşkilati işləri sayəsində az bir müdət ərzində milli bədii qimnastika məktəbi yaradıldı. Bu nailiyyətlərinnəticəsi olaraq Avropa və Dünya çempionatlarının Bakıda keçirilməsinə etimad göstərildi. Ümid edirik ki, 25-ci Dünya çempionatıda yüksək səviyyədə keçiriləcək.
Fürsətdən istifadə edib Rusiya Bədii Qimnastika Federasiyasının Prezidenti və bizim komandanın məcləhətçisi İrina Vernerə professional səviyyədə qızlarımızın hazırlığında gördüyü işlərə görə öz minnətdarlığımı bildirim.
Sual: Keçiriləcək Avropa çempionatında neçə ölkə çıxış edəcək.
Cavab: 30 ölkədən 186 idmançı birincilik uğrunda, 18 milli komanda isə qrup şəkilli yarışmalar uğrunda mübarizə aparacaqlar. Reqlamentə əsasən hər ölkənin 3 idmançısı və 1 əlavə yeniyetmələrdən ibarət komandası ilə çıxış edə bilər. Ümid edirəm ki, adlarını çəkəcəyim idmançılarımızı yaxın gələcəkdə bütün dünya tanıyacaq. A.Qarayeva, A.Qurbanova, Z.Cavadlı, S.Mustafayeva və yeniyetmələrdən ibarət komandanın tərkibində olan S.Abbasova, N.Əbdülsəlimova, Y.Jidkov, A.Xələfova, K.Məmmədova, L.Məhərrəmova kimi idmançılrımız Azərbaycanın I-cilik uğrunda idman şərəfini qoruyacaqlar. Yarışmanın ilk 2 günündə komanda tərkibli Avropa çempionu, axırıncı günü isə qrupşəkilli çıxışlarda ən yaxşı yığmalar, mayın 17 isə 5 mükafatçı müəyyən olunacaq. Ənənə şəklini almış yarışmalarda ən yaxşı qimnastların çıxışı H.Əliyev adına İdman və konsert sarayında keçiriləcək. Əminliklə deyə bilərəm ki, Avro 2009 ,olimpiya mərhələsinin vacib və əsas hissəsi olacaq.
Sual: İcazənizlə şəxsi bir sual. Nazir özü idmanla məşğul olurmu?
Cavab: Böyük nailyyətlərim olmasa da deyə bilərəm ki, 30 il bundan əvvəl Azərbaycanın gənclərdən ibarət yığmasında iştirak etmişəm. İndi voleybol oynayıram, hovuzda üzürəm, trenajor zalında məşq edirəm bir sözlə formamı saxlamağa çalışıram.
Sual: Sizin fikrinizcə Azərbaycanda hansı idman növü zəif inkişaf edir?
Cavab: Azərbaycanda idmanın bütünlüklə inkişafında çətinliklərin olmasına səbəb məşqçi və idman müəllimlərinin ustalıq səviyyələrinin zəifliyi mane olur. Bir neçə idman sahəsində çatışmamazlıqların olduğu danılmazdır. Belə ki, Azərbaycanda müasir normalara cavab verəcək bir dənə də olsun böyük həcmli üzmə hovuzumuz yoxdu. Ehtiyac olduqda Bədən Tərbiyəsi və İdman Akademiyasının imkanlarından istifadə olunur ki, bu da tam təminat deyil. Bu şəraitdə idmançılarımız lazımi dərəcədə məşq edə bilmirlər. Ümüd edirəm ki, yaxın gələcəkdə vəziyyət kökdən dəyişiləcək. Milli Olimpiya Komitəsinin Prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ən yüksək standartlara cavab verəcək üzmə hovuzlarının və bu növ başqa idman növlərini əhatə edən tikintilərə başlanacaq.
Sual: İdman xəbərlərində dərc olunan məlumatlara əsasən 2004–2008–ci illərdə Azərbaycan idmançıları 1693 medal qazanıblar ki, bunun 629–u Olimpiya idman növlərinə aiddir. Bu göstərici Sizi qane edirmi?
Cavab: Son illərdə dövlətin idmanın inkişafı və sağlam həyat tərzinin yaxşılaşdırılması sahəsində apardığı məqsədyönlü siyasəti uğurlu hesab etmək olar. Əldə etdiyimiz uğurlar da görülən işlərin nəticəsidir. Milli Olimpiya Komitəsinin Prezidenti İ.Əliyevin başçılq etdiyi müddət ərzində ölkəmizdə bir çox yüksək səviyyəli idman yarışları, Cudo üzrə Dünya kuboku, sərbəst və yunan–roma güləşi idman növlərinin Dünya Çempionatı, Bədii qimnastika Avropa çempionatı, Milli lider H.Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə FİDE “Qran Pri”si və başqa böyük miqyaslı yarışmalar keçirilmişdir.
Sual: Necə fikirləşirsiniz gələcəkdə keçiriləcək Olimpia oyunlarında Bakının şansı nə qədər realdır?
Cavab: Təbii ki, biz bu məqamın gələcəyinə inanırıq. Artıq Yay Olimpiya Oyunlarının 2016–cı ildə Bakıda keçiriləcəyi barədə öz təklifimizi vermişdik. Prezidentimiz cənab İ.Əliyev Beynəlxalq Olimpiya Komitəsinin (BOK-nin) rəhbərliyini şəhərimizlə və onun idman qurğuları ilə yaxından tanış etmişdir. Tanışlıqdan sonra verdiyim təklif yüksək qiymətləndirilmişdir. Ancaq nə üçünsə bu səfərlik Olimpiada 2016–nın Bakıda keçiriləcəyi razılığı əldə edilməmişdir. BOK-nin İdarə heyyətinin gəldiyi yekun rəyə əsasən 7 namizəd şəhərdən 4-ü seçilmişdir. Bunlar Çikaqo, Tokio, Madrid, Rio de Janeyro şəhərləridir.
Verilən rəylə tam razıyıq, çünki bu günkü bizim hazırlığımız lazımi dərəcədə deyil. Bundan başqa paytaxtımızda çoxsaylı qonaqların yerləşdirilməsi üçün otellərimiz belə yoxdur. Bütün bunlar düzələsi işlərdi. Tarixi yaxşı bilənlər təsdiq edə bilərlər ki, Barselona kimi şəhər vaxtı ilə Olimpiya oyunlarının keçirilməsi imkanlarına tam cavab verəcəyi səviyyəsində deyildi. Lakin sonradan şəhər idmanyönlü kurort şəhərinə çevrildi. Əminəm ki, Bakıda bu səviyyələrə çatacaq.
Sual: Sizin Nazirlik tək idman sahəsi deyil, həmçinin gənclərin yetişməsi ilə də məşqul olur. Bu sahədə əsas problemləriniz nədir?
Cavab: Birinci yerdə mən məşğulluq problemini görürəm. Fakt ürək açan deyil. İqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkədə çoxsaylı işsiz gənclər var. Mən belə hesab edirəm ki, bu problem təhsilə və əməyə gənclərin az maraq göstərməsindədir. Hal hazırda nazirlikdə və şöbələrdə 30 nəfərlik işçiyə ehtiyac var. Nəzərdə tutulan test imtahanlarının çətinliyi, yəni 1200 sualı cavablandırmaq heç də asan olmadığından gənclər də maraq göstərmirlər. Gənclər üçün təzə iş yerlərinin açılması,yaşayış təminatı problemləri ölkə Prezidentinin həmişə diqqətindədir. Biz öz növbəmizdə sosial ipoteka qanunun qüvvəyə minməsi təklifini verdik. Qanunda kredit şərtlərinin olması ailə quracaq gənclərə köməklik deməkdir.
Bizi narahat edən bir faktda odur ki, gənlər arasında narkomaniya artmaqdadır. Təkcə Azərbaycanda rəsmi məlumatlara əsasən 30.000 nəfər narkoman gənc qeydiyyatdadır. Bu problemlə polis, səhiyyə sahələri və valideyinlər mübarizə aparırlar. Bizdə öz növbəmizdə gəncləri bir yerə toplayaraq onların futbol meydançalarına, idman və kompyuter zallarına dəvət edirik və bütün bunlar öz nəticəsini göstərir.
Sual: Belə bir fikir də var ki, indiki gəncliyin savad dərəcəsi əvvəlkindən çox aşağıdır.
Cavab: Mən və mənim yoldaşlarımın vaxı ilə aldığı təhsil o zamanın yüksək pedaqoji kadrlarının və hörmət bəslədiyimiz müəllimlərin əməyi nəticəsində olub. İndi müəllim adını daşıyan gənc kadrlar nə üçün isə rayonda işləmək istəmirlər. Bu günkü gəncləyi tanıdığıma görə deyə bilərəm ki, gənclərimiz bir o qədər də savadsız deyirlər. Üzərində çalışıb cəmiyyətdə öz yerini tapmaq üçün tənbəl olmaq olmaz.
Sual: Müxtəlif fikirlərə görə 2 milyondan 3 milyona qədər azərbaycanlı qazanc üçün xarici ölkələrə üz tutublar. Onların əksəriyyətini gənclər təşkil edir. Bu problemin həlli üçün nə etmək lazımdır?
Cavab: Maraqlı sualdır. Bilirsiniz azərbaycanlıları başqa millətlərdən ayıran bir xüsusiyyət var, nə olursa olsun həmişə vətənə qayıdırıq, özümüzə başqa yerdə vətən axtarmırıq. Əgər Bakı-Moskva reysini izləsək, görərik ki hər bir milli və ya bütün bayramlarda həmvətənlərimizin evlərinə qayıtmasının şahidi olarıq. Moskvada və ya başqa şəhərlərdə onları ancaq qazanc maraqlandırır. İndiki həyat tərzinin belə olması ilə barışmalıyıq.
Sual: 2009-cu ildə gənclər siyasətinin hansı sahələri üstünlük təşkil edəcək?
Cavab: Bu çox geniş mövzu olduğu üçün bəzi məqamları açıqlaya bilərəm. Biz gənclər siyasətini planlaşdıran dövlət təşkilatıyıq. Azərbaycan əhali yaş tərkibi baxımından çox gənc bir dövlətdir. Əhalinin 66%-ni 35 yaş həddi təşkil edir. Bir müddət bundan əvvəl bizim təşəbbüsümüz ilə gənclər haqqında qanuna bəzi əlavə və dəyişikliklər olunmuşdu. Əgər əvvəllər gəncliyin yaş həddi 16-dan 35-ə qədər idisə, indi 14-dən 29-a kimidir. Bu dəyişiklik Avropa Şurasının tələblərinə tam cavab verir. Dəyişikliklərdən biri də o oldu ki, gənc təcili hərbi xidmətə çağırılıbsa, xidmətdən əvvəl işlədiyi iş yerinə tam qanuni olaraq qayıda bilər. Biz ölkədə yeganə nazirliyik ki, 2.000 ABŞ dollarından 15.000 ABŞ dollarınadək layihələrin təminatını ödəyə bilirik. Müsabiqələr keçiririk və layiqliləri seçirik. Bizi narahat edən sahələrdən biri rayonlarda kompyuter sahəsində savadın aşağı olmasıdır. İndiki dövrlə ayağlaşmaq üçün hər hansı bir gəncin kompyuter biliyi mütləq olmalıdır. Əks təqdirdə savad dərəcəsini artırmaq və işlə təmin olunmaq mümkün deyil. Ona görə də təfəmizdən görülən işlərdən biri rayon və kəndlərdə kompyuter kurslarını təşkil etməkdir. Bu gün ümumtəhsil məktəblərinin 1/3 hissəsi kompyuter texnikası ilə təmin olunmuşdur. Bu işlərdə bizə Heydər Əliyev Fondu çox yaxından köməklik göstərir. Bu yaxınlarda Prezident İ.Əliyevin dəstəyi ilə Respublika üzrə gənclər evinin tikintisinə başlanılıb. Bu tikintilərə kitabxanalar, kompyuter sinifləri, seminar, konsert və diskoteka zalları daxildir. Klublarda bizim təşəbbüsümüz ilə əlaqə telefonları yaradılıb ki, onlardan istifadə etməklə hər hansı bir sual və ya köməyə ehtiyacı olanlar müraciət edə bilərlər. Sağlamlıq sahəsində gördüyümüz işlər az deyil. Quruculuq işlərimiz daha da genişlənəcək və Azərbaycan başqa beynəlxalq layihələrdə öz adımlarını atacaq.
Sual: Doğrudur ki, Moskvada keçiriləcək Eurovision 2009 mahnı müsabiqəsindən sonra Bakıda rəqs müsabiqəsi keçiriləcək?
Cavab: Bizim nazirlik və İctimai Televiziya Kanalı Bakıda sentyabr ayında H.Əliyev adına İdman və Konsert kompleksində keçiriləcək Eurovision 2009 rəqs müsabiqəsinin keçirilməsində birgə çalışacaq. Müsabiqədə 16 ölkənin iştirakı gözlənilir. İstərdik ki, bu siyahıya Gürcüstan, Türkiyyə, İtaliya, Almaniya, İsveçrə kimi ölkələr də əlavə olunsun. Müsabiqənin aparıcıları kimi dünya miqyaslı şou ulduzları Jenifer Lopes və Madonnanı dəvət etməyi fikirləşirik. Bu barədə çox danışmaq istəmirəm, hələ ki danışıqlar aparılır.
Azərbaycan ötən il birinci dəfə bu müsabiqədə iştirak edirdi. Qlazqo şəhərində keçirilən müsabiqədə E.Cəfərov və A.Sajina cütlüyü 5-ci yeri tutdular. Daha sonra bu cütlük Azərbaycana Dünya çempionatından qızıl medal gətirdi.
Müsabiqə efirdən canlı olaraq bütün Avropaya yayımlanacaq. Müsabiqə iştirakçılarının çıxışları ekspertlər tərəfindən qiymətləndirilməsinə baxmayaraq tamaşaçı da öz səsini bəyəndiyi iştirakçıya göndərə biləcək.
Azad Rəhimov özü haqda
Mən 1964-cü il Bakı şəhərində anadan olmuşam. 134 nömrəli məktəbi və Dillər Universitetini bitirmişəm. Əmək fəaliyyətimə Əhmədli qəsəbəsində yerləşən 245 nömrəli məktəbdə İngilis dilidərsi deməklə başlamışam. Eyni zamanda bu məktəbin komsomol təşkilatının müstəqil müavini vəzifəsinə seçilərək 1986-cı ilə qədər orada çalışmışam. Moskvadan bir o qədər də uzaq olmayan yerdə hərbi xidmət keçmişəm. 1989-cu ildə rayon komsomol komitəsinin birinci müavini seçilmişəm, daha sonra Azərbaycan Gənclər Təşkilatı Komitəsinin nümayəndəsi təyin edildim. Sovet İttifaqının dağılmasından sonra bizneslə məşğul olmağa bağlamışam.
Müəyyən müddət Moskvada yaşamışam.
“Arqus Treydinq” Amerika Şirkətinin Azərbaycanda nümayəndəsi olmuşam. Daha sonralar “Azer İmesko”adlı ticarət şirkətinin təsisçisi olmuşam
19950ci ildən “İtaldizayn” şirkətinin təsisçilərindən biriyəm.
2006-cı ildən Azərbaycan Respublikası Gənclər və İdman Naziriyəm.
Ailəliyəm. 1 oğlum var. Artıq 6 ildir ki, İngiltərədə yaşayıb, oxuyur.