“Azərbaycan televiziyası Avropa oyunlarında yüksək keyfiyyət və peşəkarlığını nümayiş etdirdi”
“Bakı-2015” Birinci Avropa oyunlarının ən yüksək səviyyədə təşkili Azərbaycanın gücünü bir daha ortaya qoydu, ölkəmizin nəyə qadir olduğunu göstərdi. Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan televiziyasına müsahibəsində belə deyib. Nazir müsahibəsində onu da vurğulayıb ki, Azərbaycan televiziyası Avropa oyunlarında yüksək keyfiyyət və peşəkarlığını nümayiş etdirdi.Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malik idi. Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi ölkəmizin nüfuzunun artdığını bir daha sübuta yetirdi. Azərbaycan bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər gördü. Yeni idman qurğularının tikintisi, mövcud arenaların yenidən bərpası, sosial və nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun təkmilləşdirilməsi, təhlükəsizlik və digər məsələlər yüksək səviyyədə həyata keçirildi. Bunu deyən Gənclər və İdman naziri Azad Rəhimov onu da qeyd etdi ki, Avropa oyunlarında Azərbaycan televiziyası yüksək keyfiyyət və peşəkarlığını nümayiş etdirdi. Mötəbər idman hadisəsi yüksək səviyyədə işıqlandırıldı. Azad Rəhimov-gənclər və idman naziri: Bizim üçün ən vacibi o oldu ki, Azərbaycan televiziyası dünyada bir çox tanınmış şirkətlərlə, AZB –ilə birgə layihəni həyata keçirdi. Bu günləri Azərbaycana və bütün dünyaya aparılan yayım, idman yarışlarından gedən şəkil, yüksək peçəkar şəkil idi və bütün kanallar onu böyük məmnuniyyətlə alırdılar, götürürdülər dünya kanalları. Bu o deməkdir ki, keyfiyyətdən çox razı idilər. Bizi ən çox sevindrən elə budur. İkincisi də sözsüz ki, Azərbaycan televiziyasında gündə verilişlər, tok şoular, müxtəlif müsahibələr aparılırdı. Ona görə də bizim tribunalarda, idman qurğularında, oturacaqlarda boş yer yox idi. Yəni ki, təbliğat çox yüksək səviyyədə aparılırdı, yüksək keyfiyyətdə. Nazirin fikrincə, Avropa oyunları gənclərin idman yarışlarna marağını daha da artırıb. Artıq Azərbaycan beynəlxalq aləmdə həm də idman ölkəsi kimi tanınmağa başlayıb. Bunun səbəbi müxtəlif idman növləri üzrə idmançılarımızın əldə etdiyi nailiyyətlər, eləcə də ölkəmizdə yüksək səviyyədə təşkil olunan mötəbər turnirlərdir.
http://www.aztv.az/readnews.php?lang=az&id=20685