Azərbaycan Rioda keçiriləcək Yay Olimpiya Oyunlarına 50-dən çox lisenziya qazanmağa ümid edir
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov idmançılarımızın 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına 50-dən çox lisenziya qazanacaqlarına ümid edir.
“Lisenziyaların sayının çox olmasını və azərbaycanlı idmançıların bundan öncəki Pekin və London olimpiadalarında uğurlu iştirakını nəzərə alaraq inanmaq istərdik ki, atletlərimiz 50-dən çox lisenziya qazanacaqlar”, - deyə A.Rəhimov bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan 30 lisenziya ilə kifayətlənmək fikrində deyil.
“Velosipedçilərimizə və triatlonçularımıza ümidlərimiz böyükdür. Velosiped idmanı üzrə yığma komanda yaxşı nəticələr göstərir, son zamanlar Azərbaycanda triaotlon uğurla inkişaf edir”, - deyə nazir qeyd edib.
O söyləyib ki, başqa növlərlə məşğul olan idmançılardan da olimpiya oyunlarına lisenziyalar gözləyir.
interfax.az
http://www.youthportal.az/az/news/detail.php?ID=84158