ELAN
Gənclər və İdman Nazirliyi Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinə rəhbər vəzifəsinə sənəd qəbulu elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsilli;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaş həddi 35-dək;
- minimum 1 xarici dil bilmək.
Təqdim ediləcək sənədlər:
-CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
Müsahibə proqramı və qulluq funksiyaları barədə ətraflı linkdən tanış ola bilərsiniz:
Sənədlər 22 avqust 2023-ci il tarixədək elektron formada elan@mys.gov.az ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir.