Azərbaycanda bu ay açıq havada keçiriləcək idman yarışlarının SİYAHISI
Sentyabr ayı ərzində ölkə ərazisində açıq havada keçirilməsi nəzərdə tutulmuş idman tədbirlərinin siyahısı .
№ | Tədbirin adı | Başlanma tarixi | Keçirilmə yeri |
---|---|---|---|
1. | 3x3 basketbol üzrə 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Respublika turniri | 05 sentyabr | Mingəçevir şəhər stadionu |
2. | Stolüstü tennis üzrə şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş Respublika turniri | 12 sentyabr | Şəki Olimpiya İdman Kompleksi |
3. | Mini-futbol üzrə 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında “Sevinc kuboku” uğrunda ölkə birinciliyi | 10 sentyabr | Xaçmaz Olimpiya İdman Kompleksi |
4. | Mini-futbol üzrə 2006-2007-ci il təvəllüdlü oğlanlar arasında “Dəri top kuboku” uğrunda ölkə birinciliyi | 19 sentyabr | Şəmkir Olimpiya İdman Kompleksi |
5. | Strongmen üzrə ölkə çempionatı | 12 sentyabr | Su İdman Sarayı |
6. | Xüsusi olimpiya proqramına uyğun olaraq atletika üzrə ölkə turniri | 03 sentyabr | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionu |
7. | Xüsusi olimpiya proqramına uyğun olaraq həndbol üzrə qızlar arasında ölkə turniri | 05 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
8. | Xüsusi olimpiya proqramına uyğun olaraq florbol üzrə ölkə turniri | 07 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
9. | Xüsusi olimpiya proqramına uyğun olaraq stolüstü tennis üzrə ölkə turniri | 09 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
10. | Xüsusi olimpiya proqramına uyğun olaraq oğlanlar arasında “futbol həftəsi” turniri | 11 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
11. | Xüsusi olimpiya proqramına uyğun olaraq qızlar arasında “futbol həftəsi” turniri | 13 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
12. | Xüsusi olimpiya proqramına uyğun olaraq “Ümumdünya sülh günü”nə həsr olunmuş futbol turniri | 16 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
13. | Xüsusi olimpiya proqramına uyğun olaraq “24 sentyabr - Yunis Kennedy-Şrayver günü”nə həsr olunmuş futbol turniri | 18 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
14. | Xüsusi olimpiya proqramına uyğun olaraq badminton üzrə ölkə turniri | 21 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
15. | Xüsusi olimpiya proqramına uyğun olaraq üzgüçülük üzrə ölkə turniri | 21 sentyabr | Su İdmanı Sarayı |
16. | Xüsusi olimpiya proqramına uyğun olaraq stolüstü tennis üzrə ölkə turniri | 23 sentyabr | Şağan Olimpiya İdman Kompleksi |
17. | Şahmat, basketbol 3x3, atletika, mini-futbol idman növləri üzrə şəhər və rayonlar üzrə könüllülər kuboku | avqust-sentyabr | şəhər və rayonlar |