Mehriban Namiq qızı Quliyeva
Quliyeva Mehriban Namiq qızı 1981-ci ildə Bakı şəhərində anadan olub.
1998-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsil pilləsi üzrə təhsil almış, 2005-ci ildə magistratura ali dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) başlamış, 2008-ci ildən etibarən Karyera Mərkəzdə çalışmışdır. Habelə, 2012-ci ildən etibarən ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi (kargüzarlıq) üzrə beynəlxalq sertifikata yiyələnmiş və universitetdə kargüzarlığın beynəlxalq standartlar əsasında aparılmasını təmin etmişdir. Keyfiyyəti İdarəetmə Sistemi üzrə auditordur.
Eyni zamanda 2015-cı ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq olunan “DocNet Elektron Sənəd Dövriyyəsi Sistemi”nin tətbiqi üzrə peşəkarlıqla fəaliyyət göstərmişdir.
2022-ci ildən etibarən Gənclər və İdman Nazirliyinin Ümumi şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, 1 övladı var.